Dünya

“Karmen” koronavirusa görə tamaşaçısız qaldı

13 Mart 2020 21:35
0 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun sürətlə yayılması səbəbindən bütün kütləvi tədbirlər qadağan olunan Almaniyada teatr və kinoteatrlar da bağlanıb.

Milli.Az Day.Az-a istinadən bildirir ki, buna baxmayaraq Berlində Unter-den-Lindendə planlaşdırılan "Karmen" operasi nümayiş olunub.

Qadağa səbəbindən tamaşaçısız qalan təşkilatçılar operanı canlı yayımla nümayiş etdiriblər.

Berlində Dövlət Opera Teatrının aprelin ortalarına qədər bağlanması barədə qərar verilib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 110-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 130 mini, ölənlərin sayı isə 4 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.