Dünya

"Avrovision-2020"nin daha çox ehtimal olunan qalibi açıqlanıb

13 Mart 2020 20:09
1 Şərh     Baxış: 1 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avrovision-2020" Beynəlxalq Musiqi Festivalının daha çox ehtimal olunan qalibi açıqlanıb. 

Milli.Az Day.Az-a istinadən bildirir ki,seçim bukmekerlərin proqnozları əsasında hazırlanıb və "Eurovisionworld" saytında yerləşdirilib.

Beləliklə, birinci yeri qazanmaq üçün daha çox şansı olanlar Bolqarıstan təmsilçisi Viktoriya Qerqiyeva və Litvanın təmsilçisi "The Roop" pop-qrupu seçilib. Onların hər biri 11 faiz səs toplayıb.

Üçüncü və dördüncü yerləri qazanması daha çox ehtimal edilənlər isə müvafiq olaraq hər biri 10 faiz səs yığmaqla İsveçrə və İslandiya olub.

Qeyd edək ki, "Avrovision-2020" mayın 12-16-da Rotterdamda keçirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.