Dünya

Əfqanıstanda "Taliban" hücuma keçdi: 21 hərbçi və polisi öldürdü

4 Mart 2020 13:23
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda radikal "Taliban" hərəkatı silahlılarının hücumu nəticəsində Silahlı Qüvvələrin 18 hərbçisi və 3 polis həlak olub.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, yerli mənbə toqquşmaların Əfqanıstanın şimalında Kunduz vilayətində, Qırğızıstanla sərhəddə baş verdiyini bildirib.

Mənbənin verdiyi məlumata görə, daha 10 hərbçi əsir götürülüb.

Daha öncə Ağ Ev bəyan etmişdi ki, ABŞ Prezidenti Donald Tramp taliblərin lideri Abdulla Qani Baradari Əfqanıstanın daxilindəki danışıqlarda iştirak etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.