Dünya

Koronavirus Güney Azərbaycana da sıçradı – İran gizlədə bilmədi

27 Fevral 2020 21:06
0 Şərh     Baxış: 2 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güney Azərbaycanın Ərdəbil şəhərində iki nəfərdə koronavirus aşkar olunub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ərdəbil Universitetinin rektoru Əxəvan Əkbəri açıqlama verib.

Onun sözlərinə görə, bölgədə 28 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib:

"Xəstələrdən götürülən analiz barədə Tehrana məlumat göndərilib. Onlardan iki nəfərin virusa yoluxduğu məlum olub".

Qərbi Azərbaycan Tibb Universitetinin rektoru Dr. Ağazadə isə Urmiyada bir nəfərin koronavirusa yoluxduğunu deyib. Həmin şəxsin 55 yaşlı bir qadın olduğunu bildirib.

Zəncan şəhərində isə koronavirusa yoluxanların sayının 3 nəfər olduğu bildirilib. Habelə Meşginşəhrdə 3, Sərabda isə 2 nəfərin virus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Güneyli milli-mədəni fəalların iddiasına görə, Güney Azərbaycan bölgədə koronavirusun yayılmasının İranın hökumət orqanları tərəfindən gizlədilməsidən şübhələnir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.