Dünya

Çinin Hubey əyalətində koronavirusa yoluxanların sayı 630 nəfər artdı

23 Fevral 2020 08:46
0 Şərh     Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Hubey əyalətində son sutka ərzində 630 yeni növ koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Yoluxanların ümumi sayı 64 084 nəfərə yüksəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə əyalətin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin xəbərində bildirilir.

Komitənin xəbərində bildirilir ki, bölgədə son sutkada koronavirusdan 96 nəfər ölüb, 1742 nəfər sağalıb və xəstəxanalardan buraxılıb. Yerli xəstəxanalarda 40 127 nəfər müalicə olunur, onlardan 8 853 nəfərin vəziyyəti kritik, 1845 nəfərin vəziyyəti isə ağırdır.

Hubey əyalətində bütün dövr ərzində yeni növ koronavirusdan ölənlərin sayı 2 346, xəstəlikdən sağalanların sayı isə 15 299 nəfər təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.