Dünya

Formula 1 Avstraliyada meşə yanğınlarından zərərçəkənlərə yardım edəcək

22 Fevral 2020 19:33
0 Şərh     Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Formula 1 xeyriyyə hərracı keçirir. Əldə olunan vəsait Avstraliyada meşə yanğınlarından zərər çəkənlərə sərf ediləcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hərraca çox maraqlı lotlar çıxarılıb. Onların ən unikalı Avstraliya Qran-Prisinin finişində paddoka iki dəfə buraxılmaq da daxil olmaqla, dama-dama bayrağı dalğalandırmaq hüququdur. Bu hüququn başlanğıc qiyməti 12 min funtdur.

Digər lotlar "Haas F1"in rəhbəri Günter Ştaynerlə naharı, komandaların bokslarına ekskursiyaları, Luis Hamilton və Daniel Rikkardonun avtoqraflarının alınmasını, "McLaren" və "Renault" komandalarının bazaları ilə tanış olmağı nəzərdə tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.