Dünya

Sahibsiz itin 5 yaşlı qıza hücum anı - Valideynlərinin yanında uşağı dişlədi - VİDEO

21 Fevral 2020 15:36
1 Şərh     Baxış: 2 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə yayılan video dəhşətə gətirir.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, heyvan hüquqları müdafiəçiləri tərəfindən sosial şəbəkədə yayılan videoda itin kilsənin həyətində azyaşlıya hücum etməsi əks olunub.

Qəribəsi odur ki, uzaq məsafədən kilsənin həyətinə doğru qaçan it ətrafda başqa insanların olmasına baxmayaraq sırf 5 yaşlı qıza hücum edib.

Azyaşlının valideynləri iti güclə uşaqdan uzaqlaşdıra biliblər. Uşaq qolundan və ayağından yügül bədən xəsarətləri alıb.

İtin sahibi onu sərbəst buraxdığına görə saxlanılıb və cərimələnib.

Qeyd edək ki, olay ABŞ-da, "Colorado Springs" kilsəsinin həyətində, oktyabr ayının 20-də yaşanıb.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.