Dünya

Cənubi Koreya koronavirus səbəbindən ilk ölüm xəbərini təsdiqlədi

20 Fevral 2020 21:13
0 Şərh     Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreya yeni koronavirusdan ilk ölüm hadisəsini təsdiqləyib. Yerli mediada cümə axşamı yayılan məlumatlara görə, ölkədə infeksiyanın sayı iki gün ərzində üç dəfə artıb.

Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinın bildirdiyinə görə, ölümün dəqiq səbəbi araşdırılır. Bu xəbər ölkədə virusa və onun iqtisadi təsirlərinə qarşı mübarizənın aparıldığı zaman yayılıb.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Cənubi Koreyada cümə axşamı 53 yeni koronavirus halının aşkar edildiyi bildirilib ki, bu da ölkədə bu virusa yoluxanların sayını 104-ə çatdırıb.

Cənubi Koreya rəsmiləri virusun yeni bir mərhələyə qədəm qoyduğu, hazırda virusun qaynaqlandığı Çinlə əlaqəsi olmayan insanlar arasında yayıldığı barədə xəbərdarlıq edib.

Bu yaxınlarda COVID-19 adlı pnevmonial xəstəliyə səbəb olan virus artıq 2100-dən çox insanın ölümünə səbəb olub və dünya boyu bu virusa 75 mindən çox insan yoluxub. Demək olar ki, bütün yoluxmalar Çində olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.