Dünya

Almaniyada silahlı hücum - 11 ölü

20 Fevral 2020 21:12
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Federal prokurorlar cümə axşamı Almaniyanın Hanau şəhərində sağçı motivi səbəbəbindən deyilən, şübhəli də daxil olmaqla, 11 nəfərin ölddürüldüyü atışma ilə əlaqədar istintaqa rəhbərlik etdiklərini bildirib.

Ağır cinayətlərə baxan Karlsrue şəhərindəki Federal Prokurorluq cümə axşamı axşam mətbuat konfransı keçirməyi planlaşdırdığını deyib.

Alman xəbər agentliyi `dpa` polisin şübhəlinin bir neçə gün əvvəl İnternetdə ABŞ-da uşaq zorakılığı ilə bağlı konspiyasiya nəzəriyyəsi yaydığını bildirib. Videonun orijinal olub-olmadığı hələ məlum deyil.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bir gecədə iki qəlyan barında 9 nəfərin öldürüldüyü bildirilib. Daha sonra polis şübhəlinin və daha bir şəxsin cəsədinin ikinci barın yaxınlığındakı bir evdə aşkar edib.

Hanau prokurorluğunun nümayəndəsi Markus Yunq ölənlərin sayını təsdiqləsə də, məlum olan video, eləcə də şübhəli və ya zərərçəkənlər haqqında məlumat verməkdən imtina edib.

"Hücumçunun tək olduğuna inanmırıq" - deyə, Yunq Associated Press-ə bildirib.

Polis işçiləri şahid ifadələrini dinlədikdən sonra Hanaunun Kesselşat royunundakı atışmalardan birinin baş verdiyi yerin yaxınlığındakı mənzildə axtarış aparıb. Polis evdə aşkar edilən iki cəsədin şəxsiyyətlərini təsdiqləmək üçün işlərin davam etdiyini, onlar və ya atışma qurbanlarının şəxsiyyətləri barədə dərhal məlumat verməyin mümkün olmadığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.