Dünya

Son iki ayda Ermənistan ordusunda qeyri-döyüş şəraitində 13 hərbçi ölüb

18 Fevral 2020 20:50
5 Şərh     Baxış: 1 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vəzifəmdən istefa vermək niyyətində deyiləm.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan son vaxtlar orduda qeyri-döyüş şəraitində ölüm hallarının artmasını şərh edərkən deyib.

Son iki ayda Ermənistan ordusunda qeyri-döyüş şəraitində 13 hərbçi ölüb. 

A.Davtyan deyib ki, 13 hərbçidən dördü xəstəlik, dördü isə bədbəxt hadisə nəticəsində ölüb.

Agentlik məlumat verir ki, bu gün Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölüm hallarının artması ilə əlaqədar, parlamentin İnsan haqları və ictimai məsələlər komissiyasında qapalı iclas keçirilib.

İclasda əsgər ölümlərinin əksəriyyətinin intihar olduğu vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.