Dünya

Böyük Britaniya sosial platformalardakı zərərli məzmunlu paylaşımları blok edəcək

14 Fevral 2020 01:30
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya "Facebook", "Twitter" və "Snap" kimi şirkətlərin sosial platformalardakı zərərli məzmunlu paylaşımlarını blok edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hökumət şirkətlərin uşaqlara qarşı kiberzorakılıq və terror təbliğatı kimi zərərli məzmunlarla mübarizə sistemlərinin olması üçün qanunverici fəaliyyət göstərəcəyini açıqlayıb. Yeni qəbul ediləcək qanunların ədalətli və şəffaf şəkildə tətbiq olunacağı qeyd olunub.

"Facebook" və "Google" yeni qaydalar üzərində İngiltərə hökuməti ilə birgə işləyəcəklərini elan edib.

Qlobal miqyasda hökumətlər, sosial platformalarda məzmuna daha yaxşı nəzarət etmək üçün mübarizə aparırlar. Almaniya və Avstraliya sosial şəbəkələrə sərt qaydalar tətbiq edib. Belə ki, platformalar 24 saat ərzində qanunsuz məzmunu nəzərdən keçirmədiyi və silmədiyi təqdirdə cəzalandırılırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.