Dünya

Putin İqnatyevi işdən çıxarmasının səbəbini açıqladı

4 Fevral 2020 19:07
0 Şərh     Baxış: 1 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Çuvaşiya Respublikasının keçmiş rəhbəri Mixail İqnatyevi vəzifəsindən kənarlaşdırmasının səbəbini açıqlayıb.

Milli.Az bildirir ki, "Qafqazinfo" "TASS"a istinadən xəbər verir ki, Çerepovts sakinləri ilə görüşü zamanı prezident hüquq-mühafizə orqanlarının İqnatyevə qarşı heç bir şikayətinin olmadığını bildirib. Onun sözlərinə görə, məmurlar istənilən halda insanlara hörmət etməlidirlər. İqnatyevdə isə bu hiss olmayıb.

"Vətəndaşlara hörmətsizlik göstərən məmurlar vəzifələrində işləyə bilməzlər, bu qədər", - Putin əlavə edib.

Xatırladaq ki, İqnatyevin qalmaqallı videosu yayılmışdı. Belə ki, o, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına yanğınsöndürən maşınların açarlarını təhvil verərkən zabitlərdən biri ilə ələ salırmış kimi zarafatlaşmışdı. O, açarı yuxarı tutaraq zabitin onu hoppanaraq götürməsini istəmişdi.

Məhz həmin videodan sonra Putin İqnatyevin vəzifəsindən kənarlaşdırılması haqda sərəncam vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.