Dünya

Türkiyə Prezidenti: “Haftara verilən dəstək onu ərköyünləşdirib"

24 Yanvar 2020 20:09
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liviyada münaqişənin hərbi yolla həllinin mümkün olmadığı qənaətindəyik".

Milli.Az Apa.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə mətbuata birgə bəyanatında deyib.

"Haftarın (Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftar-red.) hücumları artırması onun münaqişənin həllində maraqlı olmadığını göstərir. Haftara verilən dəstək onu ərköyünləşdirib. Liviyalı qardaşlarımızı yalnız qoymayacağıq. Türkiyə və Almaniya problemlərin dialoq yolu ilə həllinə tərəfdardır", - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan Almaniya kansleri ilə görüşdə Avropa İttifaqı-Türkiyə münasibətlərinin də müzakirə olunduğunu qeyd edib: "Türkiyə və Almaniya miqrant məsələsində Avropanın yükünün böyük bir hissəsini öz üzərinə götürüb. Avropa İttifaqı və təşkilata üzv dövlətlərin suriyalılara daha çox yardım etməsi insanlıq vəzifəsidir. İdlib son günlərdə Əsəd rejiminin ağır hücumlarına məruz qalmaqdadır. İdlibdə zülmün bitməsi üçün hər kəs Əsəd rejiminə təzyiq etməlidir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.