Dünya

Trüdo və Ərdoğan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

23 Yanvar 2020 08:02
0 Şərh     Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın Baş naziri Castin Trüdo və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti və Ukrayna təyyarəsinin İranda qəzaya uğraması üzrə araşdırma işini müzakirə ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Kanada Baş Nazirinin Aparatı tərəfindən yayımlanan açıqlamada bildirilir.

Bildirilib ki, Baş nazir, Prezident Ərdoğana (təyyarə) faciəsi ilə əlaqədar Türkiyədən Kanadaya kömək göstərdiyinə, o cümlədən fəlakət qurbanlarının ailə üzvlərinin Türkiyə ərazisindən (İrana) keçməsinə görə təşəkkür edib:

"Liderlər, eyni zamanda bu faciə ilə əlaqədar tam, şəffaf və etibarlı bir araşdırma aparılacağına razılıq veriblər".

Trüdo və Ərdoğan, həmçinin Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə ediblər. Gərginliyin artmasının qarşısını almağın zəruriliyini və bölgədə sülh və sabitliyin qorunması üçün "İŞİD" ilə mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.