Dünya

Demokrat namizədlər Martin Lüter Kinq Günündə birgə yürüşə qatılıb

21 Yanvar 2020 21:41
0 Şərh     Baxış: 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci il ABŞ prezidentliyinə Demokrat namizədlər (soldan sağa) - Havay ştatından Konqres üzvü Tulsi Qbbard, keçmiş vitse-prezident Co Bayden, senatorlar Emi Klobuçar, Elizabet Uorren və Berni Sanders Cənubi Karolina ştatında Martin Lüter Kinq yürüşündə qol-qola addımlayır.
2020-ci il ABŞ prezidentliyinə Demokrat namizədlər (soldan sağa) - Havay ştatından Konqres üzvü Tulsi Qbbard, keçmiş vitse-prezident Co Bayden, senatorlar Emi Klobuçar, Elizabet Uorren və Berni Sanders Cənubi Karolina ştatında Martin Lüter Kinq yürüşündə qol-qola addımlayır.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, 2020-ci il ABŞ prezidentliyinə Demokrat namizədlər Briləşmiş Ştatlarda vətəndaş hüquqları mübarizi Martin Lüter Kinq Günündə Cənubi Karolina ştatında minlərlə insana qatılaraq birgə yürüşdə iştirak ediblər.

Keçmiş vitse-prezident Co Bayden, İndiana ştatının South Bend şəhərinin keçmiş meri Pit Buticec, Kaliforniya biznesmeni Tom Steyer, senatorlar Emi Klobuçar, Berni Sanders və Elizabet Uorren bazar ertəsi Martin Lüter Kinq Günü münasibətilə tədbirlərə dua mərasimlərinə qatılaraq başlayıblar. Havay ştatından Konqres üzvü Tulsi Qbbard və Massaçusets ştatının keçmiş qubernatoru Deval Patrik də daha sonra onlara qatılaraq yürüşdə iştirak edib.

Demokrat namizədlər arasında prezidentliyə partiyadan rəsmi namizədin seçilməsi üçün ilkin səsvermə Ayova və Nyu Hempşir ştatlarında başlasa da, Cənubi Karolina afro amerikalı seçicilərin səslərini qazanmaq üçün prezidentliyə namizədlər qarşısında mühüm sınaq meydanı hesab edilir. Buna görə də Martin Lüter Kinq günündə Cənubi Karolina ştatının paytaxtı Kolumbiyada yürüşdə iştirak edərək qeyd edilməsi demokrat siyasətçilər üçün mühüm tədbirlərdən biridir.

Hər il Amerika Birləşmiş Ştatlarında yanvar ayının üçüncü bazar ertəsi tanınmış vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinq Günü kimi qeyd edilir.

1950-1960-cı illərin vətəndaş hüquqlarının müdafiəsi hərəkatının önündə gedən Martin Lüter Kinq 1963-cü ildə paytaxt Vaşinqtonda "Mənim bir arzum var" adlı çıxışı ilə milyonlarla insanı ilhamlandırmışdı.

​1964-cü ildə o, Nobel Sülh Mükafatına layiq görülmüşdü. Həmin il ABŞ prezidenti Lindon Conson vətəndaş hüquqlarına dair qanuna imza atmışdı.

Martin Lüter Kinq 1968-ci ilin aprel ayının 4-də Tennessi ştatının Memfis şəhərində sui-qəsdin qurbanı olmuşdu.

1983-cü ildən bəri prezident Ronald Reyqan yanvar ayının 3-cü bazar ertəsi gününü milli bayram, 1994-cü ildə isə Konqres bu bayram gününü milli xidmət günü elan edib.

Bu gündə amerikalılar könüllü şəkildə ictimai layihələrdə iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.