Dünya

İndoneziyada körpü çökdü: 9 nəfər öldü

20 Yanvar 2020 14:59
0 Şərh     Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın Sumatra adasında körpünün çökməsi nəticəsində 9 nəfər ölüb, 17 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, leysan yağışları nəticəsində yaranan sel Benkulu əyalətində körpünün çökməsinə səbəb olub.

Dağıntılar altında qalmış insanların axtarışında 100-dən çox xilasedici, əsgər, polis, təbii fəlakətlərə qarşı mübarizə aparan Xüsusi Milli Agentliyinin işçiləri və könüllülər iştirak edib.

Qeyd edək ki, İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyi yanvar və fevral aylarında ölkənin bir neçə bölgəsində leysan yağışlarının yağması ilə bağlı xəbərdarlıq etmişdi.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.