Dünya

İran XİN-in rəsmisi Makrona 3 dildə cavab verdi - FOTO

19 Yanvar 2020 14:59
2 Şərh     Baxış: 1 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İranın cənubunda yerləşən körfəzin bir adı var - Fars".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi Fransa Prezidenti Emmanuel Makronun tvitinə cavab olaraq yazıb.

O, fransız, ingilis və fars dillərində Makrona bu sözləri ünvanlayıb:

"Sizin körfəzdəki hərbi mövcudluğunuz istifadə etdiyiniz ad kimi səhvdir. Hər iki səhv ciddidir, lakin düzəldilə bilər".

Xatırladaq ki, yanvarın 17-də Fransa Prezidenti Emmanuel Makron daha əvvəlki tvitlərinin birində həmin körfəzi "Ərəb-Fars" adlandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.