Dünya

Kristofer Tolkin 95 yaşında vəfat etdi

17 Yanvar 2020 21:01
0 Şərh     Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yazıçı Con Tolkinin oğlu Kristofer Tolkin 95 yaşında vəfat etdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Tolkin Beynəlxalq Cəmiyyəti "Twitter" səhifəsində məlumat yayıb. Son illəri yazıçı xanımı Beyli ilə Fransada yaşayırdı.

Kristofer Tolkin Britaniya yazıçısı, linqvist, şair, filoloq, Oksford Universitetinin professoru, "Hobbit və ya oraya və geriyə", "Üzüklərin hökmdarı", "Silmarillion" kimi macəra romanlarının müəllifi Con Tolkinin üçüncü oğludur. Atasının başa çatdırmadığı "Silmarillion" romanını tamamlaması ona şöhrət gətirib. Kristofer Tolkin də atası kimi uzun illər Oksford Universitetinin professoru olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.