Dünya

Okeanda suyun istiləşməsi 1 milyondan çox quşu öldürdü

17 Yanvar 2020 23:14
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton Universitetinin alimləri okean suyunun istiləşməsinin bir ildən də az müddətdə 1 milyondan dəniz quşunun ölümünə səbəb olduğunu açıqlayıblar. Bu isə bəşər tarixində ən kütləvi məhv olmadır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2013-cü ildən başlayan istiləşmə 2015-2016-cı illərdə güclənib və Sakit okean suyunun 1600 kilometr məsafədə 3-6 dərəcə yüksəlməsinə səbəb olub. Nəticədə yüksək təzyiq okean suyunu onun sərinləməsinə kömək edən fırtınalarsız qoyub. Bu da okeanın ekosisteminə ciddi ziyan vurub. Nəticədə bir çox heyvanın qidalandığı yosunların sayı azalıb. Artan zərərli yosunlar isə canlıların ölümünə səbəb olub. Bu isə quşların kütləvi şəkildə aclığına və məhvinə gətirib çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.