Dünya

Tehranda türkcə kitab nəşriyyatı qapadılıb, müdiri həbs edilib

16 Yanvar 2020 21:57
5 Şərh     Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehranda "Təkderəxt" adlı türkcə kitab nəşr edən nəşriyyatın fəalliyyəti dayandırılaraq nəşriyyatın sahibi həbs edilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, Ehsan Şükür Xudayi "Təkderəxt" nəşriyyatının müdüri bir il həbs cəzasına məhkum edilib. O, hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsi "Təkderəxt" nəşriyyatının fəaliyyət lisenziyasını "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə suçlayıb. Həmin hökmə görə nəşriyyatın sahibi Şükür Xudayi 1 il həbsə məhkum edilib.

Xudayi
Xudayi

Nəşriyyat türkoloq, araşdırmaçı və dilçi alim Dr. Məhəmməd Hüseyn Sədiqin əsərlərini çap etmişdi. Nəşriyyatın müdiri Ehsan Şükür Xudayi həmçinin yazar və Azərbaycan klassik və irfan ədəbiyyatının araşdırmaçısı olub.

Azərbaycanlı şairlər o cümlədən İmadəddin Nəsimi və Məhəmməd Füzulinin şeir kitabları və hürufilik irfanı ilə əlaqədar kitablar Təkderəxt nəşriyyatı tərəfindən çap olunmuş əsərlərdəndir.

Azərbaycan müasir tarixi və ədəbiyyatı haqda onlarca kitab çap edilib.

Daha əvvəl Tehranda fəaliyyət göstərən "Əndişe-i Nov" adlı türkcə kitab nəşriyyatının kitab mağazasının qapadılma xəbəri yayımlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.