Dünya

Fransada pensiya islahatına qarşı yeni ümumi etiraz nümayişlərinə çağırışlar səsləndirilir

10 Yanvar 2020 22:15
0 Şərh     Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada CGT, FO və CFE-CGF, FSU, "Həmrəylik" kimi böyük həmkarlar ittifaqı təşkilatları və gənclər təşkilatları hökumətin tətbiq etmək istədiyi pensiya islahatlarını dayandırmaqa nail olmaq üçün yanvarın 14, 15 və 16-da ümumi nümayişlərə səsləyiblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 9-da pensiya islahatlarına qarşı Parisdə keçirilmiş ümumi nümayişdə Daxili İşlər Nazirliyinin məlumatına görə 56 min, həmkarlar təşkilatına görə isə 370 min insan iştirak edib.

Həmkarlar təşkilatları yanvarın 11-ni ümumi nümayiş və səfərbərlik günü elan edib. Onlar yanvarın 11-nin həlledici gün olduğunu bəyan ediblər. Həmin gün vəziyyətdən asılı olaraq etiraz hərəkatının gələcək fəaliyyəti də planlaşdırılacaq.

Bu gün yanvarın 10-da ölkənin böyük şəhərlərində səfərbərlik və nümayiş hərəkatı davam edir. Təhsil, tibb, məhkəmə, nəqliyyat kimi sahələrin işçiləri tətil elan edib və küçələrə axışıblar. Həmkarlar bu günlərin pensiya islahatlarının, xüsusilə də pensiya yaşı ilə bağlı qərarın ləğv edilməsi üçün həlledici gün olduğunu bildirib. Ölkədə nəqliyyat sisteminin fəaliyyəti ilk günlərlə müqayisədə yaxşılaşsa da nəqliyyat iflici davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.