Dünya

Britaniyada 190 kişini zorlayan aspiranta hökm oxundu – FOTO

7 Yanvar 2020 09:50
11 Şərh     Baxış: 8 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya məhkəməsi İndoneziyalı Reynhard Sinaqunu 159 kişini zorlamaqda günahkar bilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məhkəmə ona ömürlük həbs cəzası tətbiq edib.

36 yaşlı aspirant Mançester şəhərinin klublarında kişilərlə tanış olaraq onları evinə çağırıb və burada narkotik təklif edib. Sinaqu narkotiklərdən huşunu itirən kişiləri zorlayıb və əməllərini telefona çəkib.

Zərərçəkənlərin bir çoxu nə baş verdiyini bilməyib və bundan zorlamanı əks etdirən kadrları göstərdikdə xəbər tutub.

Polis 190 kişinin zorlanmasına dair sübutların olduğunu açıqlayıb. Lakin bir neçə nəfərin şəxsiyyəti məlum olmadığından onları şahid qismində istintaq prosesinə qatmaq mümkün olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.