Dünya

Aziz Sancar istefa verdi

15 Dekabr 2019 11:24
1 Şərh     Baxış: 1 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nobel mükafatçısı Aziz Sancar son günlər mübahisələrə səbəb olan İstanbul Şəhər Universitetinin Qəyyumlar Şurasının üzvlüyündən istefa verib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Sözçü" qəzetinin yazarı Sərpil Yılmaz məlumat yayıb. Jurnalist köşə yazısında Sancarın əmlakı müsadirə olunan ali məktədən istefa etdiyini yazıb.

Nobel mükafatçısı istefasına "son illər problemlər yarandığına görə istefa verdim, həm yazılı şəkildə, həm də vəkilim vasitəsilə" sözləri ilə aydınlıq gətirib.

Yazar Aziz Sancarın İstanbul Şəhər Universitetinin yerini belə bilmədiyini qeyd edib. Aziz Sancar üzvlük məsələsinə belə reaksiya verib: "Cənab Əhməd Davudoğlunun istəyi ilə 2016-cı ildə Qəyyumlar Şurasına üzv olmağı qəbul elədim".

Xatırladaq ki, dekabrın 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan universiteti işarə edərək Xalq Bankını aldatmağa çalışdığını söyləmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.