Dünya

Avropada müsəlmanlara şok təhdid: İbadət zamanı öldürün!

15 Dekabr 2019 09:59
2 Şərh     Baxış: 1 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçdə bəzi təşkilatların sosial şəbəkələrdəki qapalı qruplarda müsəlmanlarla bağlı təhdid xarakterli yazışmaları üzə çıxıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, sözügedən yazışmaları İsveçin "Ekspo" jurnalı yayımlayıb.

44 min üzvü olan 11 qapalı sosial şəbəkə qrupunda radikal sağçı İsveç Demorkratik Partiyasında fəaliyyət göstərən bir çox siyasətçinin də paylaşım etdiyi bəlli olub.

Jurnal irqçilərin sözügedən qruplarda daha çox müsəlmanları, o cümlədən afrikalı və isveçli solçu siyasətçiləri hədəf alan təhdid və nifrət dolu paylaşımlar etdiklərini yazıb.

Məlumatda ən çox yazılan şərhlərin ölkədəki bütün müsəlmanların öldürülməsi, məscidlərin dağıdılması, məscidlərdə ibadət edən müsəlmanların ov tüfəngi ilə öldürülməsi ilə bağlı olduğu bildirilib.

İsveçin Baş naziri və Sosial-Demokrat Partiyasının sədri Stefan Löfven sözügedən paylaşımları qınayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.