Dünya

İranda dövlət rəsmilərinin səfərləri qadağan edildi

14 Dekabr 2019 15:39
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda dövlət şirkətləri rəsmilərinin qeyri-zəruri səfərləri qadağan olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı İranın vitse-prezidenti İshaq Cahangiri göstəriş verib.

Göstərişdə bildirilir ki, dövlət şirkətlərinin vəsaiti hesabına istənilən qeyri-zəruri, əlavə səfər və xərclər qadağan edilir.

Qeyd olunur ki, bu göstəriş xərclərin azaldılmasına nəzarət qanununun tətbiqi və qənaət məqsədilə verilib.

Bildirilir ki, göstərişə əməl etməmək dövlət əmlakını qeyri-qanuni şəkildə mənimsəmək hesab olunur və həmin şəxslər cinayətə cəlb olunacaq.

Qeyd edək ki, İranda ötən il yayda baş verən güclü devalvasiya və daha sonra noyabrda ABŞ-ın bu ölkəyə sanksiyalar tətbiq etməsi nəticəsində ağır iqtisadi durğunluq yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.