Gürcüstan hakimiyyəti "Biznes üçün 100 sərmayə təklifi" layihəsi çərçivəsində keçirilən hərracda sabiq prezident Mixail Saakaşviliyə aid olan iqamətgahı 7,5 milyon lariyə (2,7 milyon dollar) satıb.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnavu deyib.
Satılan iqamətgahın Svaneti yüksək dağlıq regiondakı Mestiya qəsəbəsində yerləşdiyi bildirilib. İqamətgahın satış qiyməti başlanğıc qiymətindən 308% çox olub. Bu qiyməti dövlətə "Aiqvini Saxli" şirkəti ödəyə bilib.
Qeyd edək ki, Saakaşvilinin iqamətgahı 2011-ci ildə tikilib.
Amma sabiq prezidentin iqamətgahdan istifadə edib-etmədiyi məlum deyil. Çünki 2012-ci ildə onun partiyası parlament seçkilərində məğlubiyyətə uğrayıb və bundan bir il sonra Saakaşvilinin prezident səlahiyyətlərinin müddəti başa çatıb.
Milli.Az