Dünya

29 min "Facebook" əməkdaşının məlumatları oğurlanıb

14 Dekabr 2019 12:24
0 Şərh     Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ildə "Facebook" şirkətində işləyən 29 min şəxsin bank və digər şəxsi məlumatlarının olduğu sərt disklər sosial şəbəkənin əməkdaşının avtomobilindən oğurlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şifrlənməmiş sərt disklərdə işçilərin adları, bank hesablarının nömrələri, sosial təminat nömrələrinin son dörd rəqəmləri, maaş və bonuslar haqqında məlumatlar olub.

Bildirilir ki, oğurlanan sərt disklərdə istifadəçilər haqqında məlumatlar olmayıb.

Qeyd edilir ki, qarət edilən "Facebook" əməkdaşı sərt diskləri ofisdən kənara götürə bilməzdi və bu səbəbdən ona qarşı intizam tədbirləri görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.