Dünya

Rusiyadan Liviya-Türkiyə anlaşmasına reaksiya

14 Dekabr 2019 09:06
0 Şərh     Baxış: 1 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki ölkə ilə ortaq məxrəc tapmağa çalışırıq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko Aralıq dənizi üzrə Türkiyə-Liviya anlaşmasını şərh edərkən deyib.

"Demək olar ki, hər gün aktiv siyasi dialoq aparıb, bizim nöqteyi-nəzərimizdən mühüm olan regional təhlükəsizliklə bağlı bütün mövzuları müzakirə edirik. Liviya da siyasi əlaqələrimizin mərkəzindədir. Ümumi məxrəc axtarışındayıq", - deyə diplomat bildirib.

Qeyd edək ki, Türkiyə ilə Liviya qanuni hökuməti arasında Aralıq dənizi ilə bağlı əldə edilən razılıq Türkiyənin dəniz sərhədlərini genişlədirməklə bərabər, qardaş ölkəyə bu ərazilərdə qazma-axtarış işləri aparmaq üçün geniş imkanlar yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.