Dünya

Humanitar təşkilatın 4 üzvü öldürülüb

14 Dekabr 2019 08:47
0 Şərh     Baxış: 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyanın şimal-şərqində iyul ayında girov götürülmüş "Aclığa qarşı hərəkat" qeyri-hökümət humanitar təşkilatının 4 üzvü öldürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda deyilir: "Aclığa qarşı hərəkat" qəti şəkildə bu dörd qətli qınayır və təşkilatın girovların sərbəst buraxılması ilə bağlı çağırışlarının dinlənilməməsindən təəssüflənir".

Qeyd edək ki, cari ilin iyul ayında Nigeriyanın Borno ştatında naməlum şəxslər "Aclığa qarşı hərəkat" qeyri-hökümət humanitar təşkilatının avtomobil karvanına hücum edib. Silahlı hücum nəticəsində 1 nəfər həlak olub, 6 nəfər isə girov götürülüb. Girov götürənlər arasında humanitar təşkilatın 1 üzvü, iki sürücü və ölkənin Səhiyyə Nazirliyinin 3 əməkdaşı olub. Sentyabr ayında girovlardan birinin öldürüldüyü bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.