Dünya

Aparıcı evinə qonaq gələn uşağı zorlayıb - "Olanları anana demə..." - FOTO

13 Dekabr 2019 10:47
0 Şərh     Baxış: 5 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pedofillikdə ittiham olunan aparıcıya hökm oxunub.

Mili.Az xarici mətbuata istinadla xəbər verir ki, Kaliforniyalı aparıcı Christopher Dionne ötən ilin noyabr ayında evində qalan azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Ev təmiri ilə bağlı yayımlanan "HGTV" (Home Design, Decorating and Remodeling Ideas) verilişinin keçmiş aparıcısı Christopher Dionne zorladığı qızın çılpaq şəkillərini də çəkib.

Hazırda 12 yaşı olan qız məhkəmədə başına gələnləri danışıb. O, bildirib ki, aparıcının qızının ən yaxın rəfiqəsi olub və iyrənc olay onların evində qalarkən baş verib. Qızın dediyinə görə alt paltarında qarşısına çıxan aparıcı onun sinəsinə və intim yerlərinə toxunub. O, daha sonra qıza "olanları anana demə, yoxsa məni tutarlar, qızım atasız qalar", - deyib.

Hakim qarşısına çıxarılan Xristoferin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul olunub.

Verilişin yayımı dayandırılıb.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.