Dünya

Rusiyada avtoqəza: 4 nəfər ölüb

13 Dekabr 2019 11:39
0 Şərh     Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Soçi şəhərində "Volkswagen Polo" və "Range Rover" markalı avtomobillərin qarşı-qarşıya toqquşması nəticəsində dörd nəfər ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza səhər saat 06:00 radələrində Krasnaya Polyanadakı Adler - Alpika-Servis magistralının 20-ci kilometrliyində qeydə alınıb.

Avtoqəza nəticəsində "Volkswagen"in sürücüsü və üç sərnişini ölüb. "Range Rover"in sürücüsü isə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım xidmətlərinin əməkdaşları gəliblər. İlkin məlumatlara görə, "Volkswagen" markalı avtomobili idarə edən sürücü "Range Rover" markalı avtomobilin yoluna çıxıb və avtomobillər toqquşub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.