Dünya

Türkiyə ABŞ Senatı tərəfindən qondarma "erməni soyqırımı" barədə qətnamə qəbul edilməsini qınayıb

13 Dekabr 2019 07:57
0 Şərh     Baxış: 1 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Senatının Osmanlı İmperiyasında qondarma "erməni soyqırımı"nın tanıması ilə bağlı qəbul etdiyi qərarın Ankara və Vaşinqton arasındakı ikitərəfli əlaqələrin gələcəyinə təhdid edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun öz "Twitter" səhifəsində bildirib.

F.Altun deyib: "ABŞ Konqresinin bəzi üzvlərinin davranışı Türkiyə-Amerika münasibətlərinə zərər verir. Dünən ABŞ Senatının Xarici əlaqəlar Komitəsi tərəfindən təsdiq edilmiş sanksiyalar paketi və [1915-ci ildə Osmanlı İmperiyasında "erməni soyqırımı" nın tanınması haqqında] Ermənistan Senatının bu gün qəbul etdiyi qətnamə ikitərəfli münasibətlərimizin gələcəyinə təhdid edir".

O həmçinin qeyd edib ki, "sanksiyalar və təhdidlər [Türkiyəyə] milli təhlükəsizlik maraqlarını qorumağa mane olmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.