Dünya

Putin Lujkovla belə vidalaşdı - FOTO

12 Dekabr 2019 17:54
0 Şərh     Baxış: 2 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 10-da dünyasını dəyişən Moskvanın sabiq meri Yuri Lujkovla vida mərasimi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xilaskar Xristos məbədində keçirilən mərasimi Moskva və Bütün Rusiyanın patriarxı Kirill idarə edib.

18 il Moskvaya rəhbərlik etmiş Lujkovla vidalaşmağa Rusiya Prezidenti Vladimir Putin, Müdafiə naziri Sergey Şoyqu, Mosvanın hazırkı meri Sergey Sobyanin, Dövlət Dumasının spiekri Vyaçeslav Volodin daxil olmaqla bir çox rəsmi şəxs gedib.

O, Novodeviçi qəbiristanlığında, sovet yazıçısı və şairi Sergey Mixalkovun məzarının yanında  dəfn olunub.

Xatırladaq ki, Yuri Lujkov 83 yaşında Münhendəki xəstəxanada ürəyində aparılan əməliyyat nəticəsində dünyasını dəyişib. O, 1992-2010-cu illərdə Moskva şəhərinin meri olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.