Dünya

Rusiya Almaniyanın iki diplomatını “arzuolunmaz şəxs” elan etdi

12 Dekabr 2019 15:24
0 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, səfir Almaniyanın dekabrın 4-də iki Rusiya diplomatını "arzuolunmaz şəxs" elan etməsinə etiraz olaraq XİN-ə dəvət olunub.

Rusiya Almaniyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını "arzuolunmaz şəxs" elan edib. Onlardan bir həftə ərzində ölkəni tərk etmələri tələb olunub.

Qeyd edək ki, dekabrın 4-də Almaniya XİN Rusiyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını "persona non grata" elan edib. Buna səbəb avqustun 23-də Berlində çeçen əsilli Gürcüstan vətəndaşı, Aslan Məshədov və Şamil Basayevin yaxın tərəfdarı Zəlimxan Xanqoşvilinin qətlə yetirilməsidir. Berlin polisi qətli törətməkdə şübhəli bilinən şəxsin 49 yaşlı Rusiya vətəndaşı olduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.