Dünya

Çeçenistandan ABŞ sanksiyalarına cavab: “Bütün şəxsi heyəti bu bədnam siyahıya salın”

12 Dekabr 2019 16:54
0 Şərh     Baxış: 1 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistanın Daxili İşlər naziri Ruslan Alxanov ABŞ senatının respublikanın rəhbər vəzifələrində çalışan əməkdaşlarının Dövlət Departamentinin sanksiylar siyahısına salınmasına münasibət bildirib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Ruslan Alxanov təklif edib ki, Çeçenistanın bütün güc strukturları sanksiyalar siyahısına salınsın.

"ABŞ Dövlət Departamenti mütəmadi olaraq xalqımızın ən layiqli və hörmətli nümayəndələrini "sanksiyalar siyahısı"na salır. Onların arasında Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları da var. Təklif edirəm ki, Daxili İşlər Nazirliyinin bütün şəxsi heyəti bu bədnam siyahıya salınsın. Beləliklə, Dövlət Departamenti öz işini asanlaşdırmış olar". 

Nazir xatırladıb ki, bölgədəki beynəlxalq terrorizmə qarşı mübarizədə Çeçenistan Daxili İşlər Nazirliyinin 1600 əməkdaşı həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.