Dünya

“Gecə ovçusu” qəzaya uğradı: 2 nəfər öldü - FOTO

12 Dekabr 2019 13:24
0 Şərh     Baxış: 1 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Gecə ovçusu" adlı "Mi-28" vertolyotu qəzaya uğrayıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Krasnodar əyalətində təlim-məşq uçuşu yerinə yetirən zaman baş verib.  

Məlumata görə, hava gəmisi ilə əlaqə Korenovskom və Platnirovsk rayonları arasında itib.

İlkin məlumata görə, göyərtədə 2 pilot olub, hər ikisi də dünyasını dəyişib.

Xilasedicilər cəsədlərdən birini kabinədən, digərini isə yerə atılmış vəziyyətdə aşkarlayıblar.  

İnsident aerodrom zolağından 2 kilometr aralıda qeydə alınıb.

Müvafiq qurumlar tərəfindən qəzanın baş vermə səbəbləri araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.