Dünya

Qəzada iki yerə bölünən maşının sürücüsü SAĞ QALDI - Burnu da qanamadı - VİDEO - FOTO

12 Dekabr 2019 11:59
1 Şərh     Baxış: 4 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Antalya vilayətində baş verən qəzada minik maşınının ikiyə bölünmə görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident bu ilin avqust ayında Konyaaltı rayonu Uncalı Məhəlləsində qeydə alınıb. Qəzanın görüntüləri ötən gün sosial şəbəkələrdə yayımlanıb. 

Məlumata görə, Nurullah Akarın idarə etdiyi 34 ZB 507 qeydiyyat nömrə nişanlı minik maşını, qovşaqda Ümid Pamukçunun idarə etdiyi 07 RP 330 qeydiyyat nişanlı avtomobilə çırpılıb.

Zərbənin şiddətindən Ümid Pamukçunun maşını iki hissəyə bölünüb. Qəza zamanı Pamukçu ikiyə bölünən avtomobildən uçaraq asfalta düşüb.

Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü və Nurullah Akarın iki sərnişini xəsarətlər alıb.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.