Dünya

2011-ci ildə ölən qadın dünən basdırıldı - FOTO

12 Dekabr 2019 13:39
0 Şərh     Baxış: 4 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Universitetdə işləyən qadın ölümündən 8 il sonra dəfn edilib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xərçəng olduğunu öyrənən Ayşe Kızmaz adlı türkiyəli qadın öldükdən sonra xəstəxanada cəsədindən test məqsədli istifadə olunmasını vəsiyyət edib.

O, öldükdən sonra 8 il boyunca cəsədinin üzərində tibb fakultəsi tələbələrinə dərs öyrədilib. Ayşe Kızmazın cəsədi bir neçə gün əvvəl yaxınlarının iştirakı ilə torpağa tapşırılıb.

Qeyd edək ki, 1981-ci ildə Metin Aşçı adlı şəxslə ailə quran Ayşe Kızmaz 27 yaşında xərçəng xəstəliyinə yoluxduğunu öyrənib. 10 dəfədən çox əməliyyat olunan Ayşe Kızmaz 2011-ci ildə vəfat edib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.