Dünya

İçərisində bir tondan çox kokain olan sualtı qayıq saxlanıldı

12 Dekabr 2019 09:23
0 Şərh     Baxış: 2 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peru Hərbi Dəniz Qüvvələri ölkənin şimal sahillərində Meksikaya üzən və içində bir tondan çox kokain olan sualtı qayıq saxlayıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın "Televisa" tele kanalı ölkə prokurorluğuna istinadən xəbər verib.

İki kolumbiyalı, bir meksikalı və bir ekvadorludan ibarət, narkomafiyanın puluna düzəldilən qayığın heyəti həbs edilib. Məlumata görə, saxlanılan kokainin ümumi çəkisi iki tona yaxındı.

Peru hökuməti böyük partiya narkotik maddənin daşınmasının arxasında hansı cinayət qruplaşmasının dəyandığını bilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.