Dünya

Lujkovun ölüm səbəbi dəqiqləşdi

12 Dekabr 2019 08:48
1 Şərh     Baxış: 4 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın eks-meri Yuri Lujkovun ölümünə səbəb infarkt olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu siyasətçinin müalicə olunduğu Münhenin "Qrosshadern" klinikasının baş həkimi Karl-Valter Yaux açıqlayıb.

Yauxun sözlərinə görə, Lujkovun ürək xəstəliyi olub və onu təcili şəkildə xəstəxanaya çatdırıblar, müayinə ediblər. Müayinə onun bütün vacib damarlarının bağlı olduğunu göstərib. Həkimin sözlərinə görə, onları kateter vaitəsilə açıblar və bundan sonra Lujkovun vəziyyəti yaxşılaşıb, amma tezliklə onda ürəyin koronar damarlarından qanaxma müşahidə olunub. Bir qədər sonra ürək dayanıb.

"O, infarkt keçirmişdi və özünü pis hiss edirdi", - tibb işçisi əlavə edib.

Daha əvvəl "Baza" teleqram-kanalı Y. Lujkovun əməliyyatdan bir gün sonra vəfat etdiyini bildirmişdi. Onun ürək əməliyyatından sonra anesteziyadan ayılmadığı qeyd olunmuşdu.

Xatırladaq ki, Yuri Lujkov 83 yaşında Münhendəki xəstəxanada dünyasını dəyişib. O, 1992-2010-cu illərdə Moskva şəhərinin meri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.