Dünya

BMT və Fələstin humanitar yardım proqramına başlayır

12 Dekabr 2019 08:43
0 Şərh     Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fələstin hökuməti və BMT 2020-ci ildə Fələstin ərazilərinin sakinləri üçün humanitar yardımların göstərilməsi planı üzrə fəaliyyətə başlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak deyib.

F. Hak bildirib: "Fələstin hökuməti və BMT bu gün İşğal olunmuş Fələstin ərazisində 2020-ci il üçün humanitar fəaliyyət tədbirləri planı çərçivəsində Qəzza zolağı və Qərb Sahilində, o cümlədən Şərqi Qüdsdə 1.5 milyon fələstinliyə kömək üçün 348 milyon dollar toplamasına başlamışdır".

Onun sözlərinə görə, vəsaitin təxminən 76%-ı vəziyyətin çox həssas olaraq qaldığı və əhalinin demək olar ki, yarısı işsiz və ailələrin təqribən 62%-i ərzaq qıtlığı ilə üzləşən Qəzzaya ayrılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.