Dünya

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

11 Dekabr 2019 20:59
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

Milli.Az APA-ya istinadən bildiir ki, ABŞ xəzinədarlığı İranın 2 gəmisinə, 5 hüquqi və 1 fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın İrana qarşı sanksiya əsaslı tədbirlərini davam etdirəcəyini bildirib. 

O, sanksiya tətbiq olunan qurumların "Mahan Air" də daxil olmaqla, İranın nəqliyyat şirkətləri olduğunu qeyd edib.

Sanksiyaların tətbiq edilməsinə səbəb kimi, həmin qurumların kütləvi qırğın silahlarının yayılmasında rolunun olması göstərilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.