Dünya

Sərnişin avtobusunda iki sürücü arasında əlbəyaxa dava - VİDEO

11 Dekabr 2019 16:14
0 Şərh     Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Orlovsk əyalətində ictimai nəqliyyatın salonunda iki sürücünün əlbəyaxa davası mobil telefon vasitəsi ilə qeydə alınıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, dava Orel şəhərində fəaliyyət göstərən şəhərdaxili 14 və 345 saylı marşrut xətlərinin avtobus sürücüləri arasında baş verib.

Kadrlarda, 14 saylı avtobusun sürücüsü naməlum səbəblərdən 354 saylı marşrutun sürücüsünə sərnişinlərin gözü qarşısında hücum çəkdiyi və sonra da bir-birlərini yumruqladıqları görülür.

Salonda olan qadın sərnişinlər baş verən hadisəyə etiraz edərək onlardan sakitləşmələrini istəyiblər. Lakin, sərnişinlərin dediklərinə məhəl qoymayan sürücülər davalarına bir müddət davam ediblər.

Yerli medianın məlumatına görə, polis, sərnişinlərin şikayətindən sonra sürücülər barəsində araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.