Dünya

Çexiya Sarkisyanın qardaşı oğlunu Yerevana ekstradisiya edəcək

10 Dekabr 2019 20:54
0 Şərh     Baxış: 1 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiya sabiq Prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanı Ermənistana ekstradisiya edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun müşaviri Qor Abramyan məlumat yayıb.

Onun sözlərinə görə, Çexiyanın hüquq-mühafizə orqanları Ermənistan Baş Prokurorluğunun axtarışda olan Narek Sarkisyanın cinayət təqibi məqsədi ilə Ermənistan polisinə təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib.

"Bununla əlaqədar olaraq Ermənistan Baş Prokurorluğu polisə Narek Sarkisyanın ekstradisiyasını təşkil etməyi tapşırıb", - deyə Q. Abrahamyan söyləyib.

Qeyd olunur ki, N. Sarkisyan silah-sursat, partlayıcı maddə və narkotik vasitələri saxlamaqda şübhəli bilinərək axtarışa verilib. İnterpol 2018-ci ilin dekabrında onu Franklin Qonsales pasportu ilə gizləndiyi Praqada tapıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.