Dünya

ABŞ rəsmilərinin Əfqanıstan müharibəsi barədə məxfi sənədləri üzə çıxıb

10 Dekabr 2019 20:44
0 Şərh     Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mətbuata ABŞ-ın Əfqanıstanda məğlubiyyətə uğradığını sübuta yetirən gizli sənədlər barədə məlumatlar sızıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Vaşinqton Post"un yayımladığı gizli sənədlərdə ABŞ-ın yüksək vəzifəli şəxslərinin Əfqanıstandakı 18 illik müharibədə qalibiyyətin olmayacağı barədə açıqlamalar verdiyi qeyd olunub.

Vyetnam müharibəsinin gizli sənədlərini ilk dəfə yayan qəzet, bu dəfə Əfqanıstan müharibəsi barədə rəsmi sənədlərin bir hissəsini əldə edib. 

Ortaya çıxan sənədlərdə ABŞ administrasiyasının Qətərin paytaxtında Dohada Taliban yaraqlıları ilə görüşü zamanı Birləşmiş Ştatların Əfqanıstanda uğursuzluğa düçar olduğunu təsdiqləyən etirafların olduğu bildirilir.

Əldə edilən iki min səhifəlik məxfi sənədlərdə Əfqanıstan müharibəsində birbaşa iştirakçı olmuş məmur, generallar və diplomatların fəaliyyətləri təsbit edilir.

Sənədlərdə, sabiq prezidentlər Corc Buş və Barak Obamanın dövründə Ağ Evdə Əfqanıstan müharibəsinin rəhbərindən biri olmuş general leytenant Duqlas Lutun "Əfqanıstanı anlamaqda çətinlik çəkirdik. Nə etdiyimizi bilmirdik. Necə bir yükün altına girdiyimizin fərqinə varmırdıq" sözləri qeyd edilib.

General 2015-ci il qeydlərində bildirib ki, düşünülməmiş addımların nəticəsi olaraq, 2400 amerikalı həyatını itirib və bunun səbəbini Konqresin bürokratik aparatında, Pentaqon və ABŞ Dövlət Departamentinin fəaliyyətində görür. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.