Dünya

Rusiyada kişi qıza sataşdı, müdafiəçilərini və onu öldürdü - FOTO

10 Dekabr 2019 15:29
0 Şərh     Baxış: 2 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Bryansk vilayətində 26-50 yaş arası dörd nəfər qətlə yetirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Velyaminova kəndində bir şəxs bir qrup gəncin dincəldiyi evdə qətl törədib.

Belə ki, 24 yaşlı əvvəl məhkum olmuş sərxoş, Karaçev sakini qızı narahat edəndə qonaqlardan biri qızı müdafiə edib.

Bu zaman o, əvvəl qızı və onu müdafiə edən oğlanı, daha sonra ev sahiblərini bıçaqlayaraq öldürüb.

Polis cinayətkarı tutub, o törətdiyi cinayəti etiraf edib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.