Dünya

Hadisə yerini təmizləyərkən oğlunun meyitini gördü - AİLƏ FACİƏSİ - FOTO

9 Dekabr 2019 21:27
0 Şərh     Baxış: 4 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə bələdiyyə işçisi baş vermiş ağır yol qəzasından sonra hadisə yerini təmizləyərkən oğlunun meyiti ilə qarşılaşıb.

Milli.Az xəbər verir ki, Kütahya-Afyon yolunun 3-cü kilometrliyində minik avtomobilinin əvvəlcə beton maneəyə, sonra isə ağaca çırpılması nəticəsində 3 nəfər həlak olub. Hadisədən dərhal sonra polis bələdiyyəni olay yerini təmizləməyə dəvət edib. Bu zaman Enver Harman adlı işçi elektrik mişarı ilə qırılmış ağacı kəsib, ərazidəki budaqları yığışdırılıb. Lakin onun üstünün örtüldüyü meyitlərdən birinin oğluna məxsus olmasından xəbəri olmayıb.

Hadisə yerinə gələn tibbi xidmət maşınına meyitlər qoyularkən E.Harman oğlu Muhammedi görüb. Sarsıntı keçirən atanı çətinliklə sakitləşdirmək mümkün olub.

Məlum olub ki, 1 həftə əvvəl işdən çıxarılan Muhammed Harman yenidən iş axtarırmış. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.