Dünya

Meksika hökuməti Argentinadakı səfirini geri çağırır

9 Dekabr 2019 09:39
0 Şərh     Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero, Buenos Ayresdəki kitab mağazasından oğurluq iddiası səbəbiylə geri çağırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Meksika XİN-i Marselo Ebrard "Twitter" səhifsində açiqlama verib.

Açıqlamada deyilir: "Mən etika üzrə komitədən məşhur mağazadan kitab oğurlamaqda günahlandırılan Argentinadakı səfirin məsələsini aydınlaşdırmağı xahiş etdim. Hələ ki səfirə qayıtmaq göstərişi vermişəm".

"Ateneo" kitab mağazasında quraşdırılmış müşahidə kamerası 76 yaşlı diplomatın Cakomo Kasanovanın bioqrafiyasını qəzetdə gizlədərək oğurlamağa çalışdığını qeyd edib. Çıxışda təhlükəsizlik işçiləri tərəfindən saxlanılan səfir polis bölməsinə aparılıb, şəxsiyyəti müəyyən edildiydən sonra sərbəst buraxılıb.

Ebrard əlavə edib: "Videoqeydin orijinal olduğu subut olunsa, Oskar Rikardo Valero dərhal vəzifədən azad olunacaq. Haqsız davranış tamamilə yolverilməzdir".

O.Valero vəzifələrini bu ilin avqust ayının ikinci yarısında icra etməyə başlayıb. Mağazadan çıxartmağa çalışdığı kitabın qiyməti 750 Argentina pesosudur (12 dollardan bir qədər çox).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.