Dünya

Evsizlərə dəstək aksiyası- Minlərlə insan küçələrdə gecələyib

8 Dekabr 2019 19:43
0 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada minlərlə insan küçələrdə gecələyib. BBC-nin məlumatına görə, iki minə yaxın britaniyalı gecəni London küçələrində yatıb.

"The World's Big Sleep Out" aksiyası çərçivəsində baş tutan bu tədbirdə iştirakçılar evsizlərə kömək üçün vəsait toplamağa çalışıb.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, oxşar tədbirlər Nyu-York, Manila, Dublin, Honq Konqda da keçirilib. Təşkilatçıların bildirdiyinə görə, ümumilikdə eyni həmrəylik aksiyası dünyanın 50-yə yaxın şəhərini əhatə edib.

Aksiyada məşhurlar da iştirak ediblər. Məsələn, Nyu-Yorkda tamaşaçılara aktyor Vill Smit müraciət edib.

"The World's Big Sleep Out"-un yaradıcısı Şotlandiya xeyriyyəçisi və iş adamı Coş Littlejohndur. Təşkilatın saytında göstərilir ki, bu kampaniyanın məqsədi təkcə vəsait toplamaq deyil, həm də siyasi liderlərin diqqətini evsiz insanlar və qaçqınlar probleminə cəlb etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.