Dünya

ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyanı Rusiya hərbi bazasına niyə yaxınlaşır?

7 Dekabr 2019 18:06
0 Şərh     Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Hərbi Dəniz Qüvvələri Suriya sahillərinə özünün nəhəng "USS Harry Truman" təyyarədaşıyan gəmisini göndərib.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, təyyarədaşıyanın başçılıq etdiyi zərbə qruplaşması Hibraltar boğazını keçib və birbaşa Suriya sahillərinə, Rusiyanın hərbi bazasının yerləşdiyi Tartusa tərəf istiqamətlənib.

Hərbi ekspertlər təyyarədaşıyanın regiona İran və Suriyaya qarşı hansısa missiya ilə göndərildiyini istisna etmirlər.

Aviadaşıyıcı qrupun tərkibinə raket kreyseri və bir neçə esminets, "Tomoqavk" qanadlı raketləri ilə silahlanmış atom sualtı qayıq daxildir. Bəzi məlumatlara görə təyyarədaşıyan bir müddət Suriya sahillərində mövqe tutacaq, daha sonra Fars körfəzinə istiqamət alacaq və orada növbə çəkən "Abraham Lincoln" təyyarədaşıyanını əvəz edəcək.

Rusiya hərbi ekspertləri istisna etmirlər ki, təyyarədaşıyan Suriyaya qarşı hansısa hərbi planla bağlı göndərilib. Belə olan halda Suriya rejiminin sərəncamında təyyarədaşıyana qarşı tətbiq etmək üçün silah yoxdur, amma Rusiya cəmi bir neçə saata Əsəd rejiminə X-55 raketləri ilə silahlanmış "Bal" sahil raket kompleksini verə bilər. Həmin kompleks "Harry Truman"ı bir neçə raketlə batırmaq imkanındadır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.